İQTİSADİYYAT


Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində yenidən problem yaranıb

Bakı, 3 iyul, AZƏRTAC

Enerji təchizatında yenidən yaranan fasilə ilə əlaqədar Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində yenidən problem yaranıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

O bildirib ki, Bakı-Sumqayıt istiqamətində hərəkət edən 3 qatar enerji fasiləsi zamanı yolda qalıb. Qatarları dartaraq ən yaxın olan Biləcəri və Bakı sərnişin vağzalına gətiriblər. Sərnişinlərin hər biri təxliyə olunub və onların ödəniş haqları geri qaytarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.