CƏMİYYƏT


Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir

Bakı, 3 iyun, AZƏRTAC 

Bu həftədən başlayaraq bazar ertəsi səhər saatlarınadək narıncı zona adlandırılan Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, yoluxma intensivliyinin yüksək olduğuna görə qarşıdakı bir və ya iki ay ərzində həftənin iki günü, bəlkə də üç günü ərzində vətəndaşların küçəyə çıxması, nəqliyyat vasitələrinin hərəkəti və iş rejimi məhdudlaşdırılacaq, mağazalar bağlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.