REGİONLAR


Bakı-Sumqayıt magistral yolunun kənarlarında iməcilik təşkil edilib

Xırdalan, 2 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində iməciliklərin keçirilməsi ənənəvi hal alıb. İyunun 29-da Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumilikdə 500 nəfərin iştirak etdiyi növbəti ümumrayon iməciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, iməcilik əsasən Bakı-Sumqayıt magistral yolunun rayon ərazisindən keçən hissəsinin kənarlarında təşkil edilib. Həmin yolun ətrafında abadlıq, yaşıllaşdırma və təmizlik işlərinin davam etdirilməsi məqsədilə rayon icra hakimiyyətinin məsul əməkdaşları artıq aidiyyəti qurumları cəlb etməklə təxirəsalınmaz tədbirlərin görülməsinə başlayıb. Hazırda aparılan abadlıq işləri çərçivəsində yolun kənarında yerləşən, memarlıq standartlarına uyğun gəlməyən və qəzalı vəziyyətdə olan təsərrüfat obyektlərinin təmir-bərpa işləri həyata keçirilir.

İməcilik zamanı mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılır, quru ağaclar təmizlənir, çoxillik güllərə qulluq göstərilir, əkilən güllərin alağı təmizlənir, suvarılır, ərazidə olan çəmənliklərə gübrə verilir. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri həyata keçirilib.

İməcilik zamanı ərazilər ətraf mühit insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.