CƏMİYYƏT


Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb

Bakı, 12 oktyabr, AZƏRTAC 

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsinə görə avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev AZƏRTAC-a bildirib ki, Bakı-Sumqayıt yolunun Sumqayıt istiqamətində 10.5-ci kilometrindən 11.5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqamətində) hissəsi təmir işlərinin aparılması ilə əlaqədar oktyabrın 12-dən etibarən avtomobillərin hərəkəti üçün qismən məhdudlaşdırılıb. Təmir işləri bir neçə gün davam edəcək. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.