İQTİSADİYYAT


Bakı-Sumqayıt yolunda avtonəqliyyat vasitələri üçün tətbiq edilən məhdudiyyət sabah aradan qaldırılacaq

Bakı, 28 iyul, Elvin Camalov, AZƏRTAC

Bakı-Sumqayıt yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün tətbiq edilən məhdudiyyət sabah aradan qaldırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar iyulun 29-u səhər 05:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb. Sözügedən ərazidə görülən işlər axşam saatlarında başa çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.