İQTİSADİYYAT
Bakı-Sumqayıt yolunda yerləşən yeni "Ekologiya postu"nda işlər yekunlaşır
Bakı, 6 iyun, AZƏRTAC
Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi çərçivəsində magistral yolun 10-cu kilometrliyində yerləşən Dövlət Yol Polisinin yeni "Ekologiya postu"nda son tamamlama işləri həyata keçirilir.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müasir tələblərə cavab verən postdakı xidməti otaqlardan hər iki istiqamətdə avtomobillərin hərəkətinə nəzarət etmək mümkün olacaq.
Bundan başqa, avtomobillərin hərəkətinə nəzarət etmək üçün kameralar, nəqliyyat vasitələrinin havaya buraxdığı zəhərli qazların miqdarını müəyyən edən xüsusi qurğular da quraşdırılır.
Yeni postun iyunun 15-dək təhvil verilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]