CƏMİYYƏT


Bakı-Sumqayıt yolundakı qəzada yaralananlara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar

Bakı, 8 avqust, AZƏRTAC

Bu gün Bakı-Sumqayıt yolunda turizm şirkətlərindən birinə məxsus avtobusla 525 saylı sərnişin avtobusu toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avtoqəza nəticəsində Respublika Klinik Xəstəxanasına 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.

Yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.