İQTİSADİYYAT


Bakı-Şuşa-Bakı marşrutu üzrə ilk sərnişin avtobusu yola düşüb

Bakı, 24 yanvar, AZƏRTAC

Bakıdan Şuşa şəhərinə ilk sərnişin avtobusu yola düşüb.

AZƏRTAC xəbər verir ki, avtobus Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb.

İlk olaraq Şuşaya 2 marşrut avtobusu xəttə buraxılıb. Şuşa ilə yanaşı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Ağdam-Bakı marşrutları da start götürüb.

Xatırladaq ki, Bakı-Şuşa-Bakı avtobus reysi həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.