İQTİSADİYYAT


“Bakı Taksi Xidməti” gücləndirilmiş iş rejiminə keçib

Bakı, 26 aprel, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisi yarışını canlı izləməyə gələn turistlərin paytaxtda nəqliyyat vasitələri ilə daşınmasını təmin etmək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Taksi Xidməti” MMC gücləndirilmiş iş rejiminə keçib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, aeroporta dislokasiya üçün nəzərdə tutulan “London” taksilərinin sayı artırılıb. Təkcə 2 gün ərzində ölkəyə gələn turistlərin 60 faizi paytaxtın müxtəlif hissələrinə “London” taksiləri ilə daşınıb.

Hava limanında turistlərə xidmət üçün “Nəqliyyat Təlim Tədris Mərkəzi”ndə 1 ay müddətində xüsusi təlimdən keçən sürücülər cəlb edilib. Gücləndirilmiş iş rejimi yarışların sonuna qədər davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.