İQTİSADİYYAT


Bakı–Tbilisi–Ceyhan kəməri ilə 5 ayda 13,4 milyon tondan çox neft daşınıb

Bakı, 19 iyun, AZƏRTAC

Bu ilin ilk 5 ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 16 milyon 536,2 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 81,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və yanvar-may aylarında bu kəmərlə 13 milyon 415,2 min ton neft nəql edilib. Beş ayda BTC ilə 1 milyon 984,6 min ton tranzit nefti də ötürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.