İQTİSADİYYAT


Bakı–Tbilisi–Ceyhan kəməri ilə 6 ayda 16 milyon tonadək neft daşınıb

Bakı, 17 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 19 milyon 744 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 81 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 6 ayda bu kəmərlə 15 milyon 985,7 min ton neft nəql edilib.

Yarım ildə BTC ilə 2 milyon 316,3 min ton tranzit nefti də ötürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.