İQTİSADİYYAT


Bakı–Tbilisi–Ceyhan kəməri ilə birinci rübdə 61 milyon barrel neft daşınıb

Bakı, 13 may, AZƏRTAC

Yanvar-mart aylarında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 8 milyon tondan çox (61 milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 74 tankerə yüklənib.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 25 milyon dollar, əsaslı xərclərə isə təqribən 6 milyon dollar sərf olunub.

1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan bu ilin ilk rübünün sonunadək BTC ilə ümumilikdə təqribən 425 milyon ton (təxminən 3,2 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 4 min 159 tankerə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

“BTC Co.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Equinor” (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.