İQTİSADİYYAT


Bakı–Tbilisi–Ceyhan kəməri ilə ötən ay 2,8 milyon tondan çox neft daşınıb

Bakı, 18 fevral, AZƏRTAC

Yanvarda Azərbaycandakı magistral neft kəmərləri ilə 3 milyon 435,9 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 81,9 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və ay ərzində bu kəmər vasitəsilə 2 milyon 813,1 min ton neft nəql edilib. Keçən ay BTC ilə 432,1 min ton tranzit nefti də ötürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.