İQTİSADİYYAT


Bakı–Tbilisi–Ceyhanla ötən il ixrac edilən neftin həcmi açıqlanıb

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycanın 2019-cu ildə Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə neft ixracı azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.

Bildirilir ki, il ərzində BTC ilə 26 milyon 56 min tonu Konsorsiumun, 604,1 min tonu isə SOCAR-ın olmaqla ümumilikdə 26 milyon 660,1 min ton neft ötürülüb. 2018-ci illə müqayisədə bu boru kəməri ilə Konsorsiumun ixracı 1 milyon 261,1 min ton azalıb, SOCAR-ın ixracı isə 485,1 min ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.