DÜNYA


Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyədə daşınmaların artımına mühüm təsir göstərir

Ankara, 3 may, AZƏRTAC

Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyənin ölkə xarici ilə həyata keçirdiyi daşınmalarda mühüm artıma səbəb olub. Bura yerli istehsal məhsullarının ixracı, əsasən xam malların idxalı və tranzit daşımalar daxildir.

AZƏRTAC xəbər verir ki, cari ilin 4 ayında Türkiyə dəmir yollarında xaricə 36 min 698 vaqonla 1 milyon 366 min 951 ton yük daşıması həyata keçirib. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5 min 930 vaqon çoxdur.

Ölkə daxilində həyata keçirilən daşımalarda da artım müşahidə olunur.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.