İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımalar artır

Bakı, 23 iyul, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC bu il Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə rekord sayda yükdaşımalar həyata keçirib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin əvvəlindən bu günə qədər şirkət BTQ vasitəsilə ümumilikdə 1767 vaqonda 108 min 534 ton yük nəql edib, bu göstərici həmin yol istifadəyə veriləndən bəri ən yüksəkdir. 2020-ci ildə BTQ vasitəsilə “ADY Express” 50 min tona yük nəql edib.

Qeyd edək ki, bu il də daşınan yüklərin böyük əksəriyyəti Rusiya yüklərinə, Maqnitoqosk Metallurgiya Kombinatının (MMK) yüklərin payına düşür. Belə ki, şirkət 1501 vaqonda 99 min 244 ton polad rulonlar və 152 vaqonda 2218 ton rulon altından çərçivələri nəql edib. 7072 ton isə digər yüklərə aid olub. Bu yüklərin arasında isə əsasən dənli bitkilərin payı daha çoxdur.

Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləndən bəri, yəni 2017-ci ilin sentyabrın 30-dan başlayaraq “ADY Express” MMC bu yolla artıq 3 138 vaqonda 185 min 319 ton yük nəql etməyə müvəffəq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.