İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb

Bakı, 1 mart, AZƏRTAC

Türkiyənin daha bir ixrac yük qatarı Çinə istiqamət götürüb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, Kösəköy stansiyasından yola çıxan konteyner blok qatarının son təyinat məntəqəsi Çinin Sian şəhəridir. Qatar hər biri 40 futluq olmaqla 41 konteynerdən ibarətdir. Yükü isə Türkiyə istehsalı olan elektrik avadanlıqlarıdır.

Qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edərək Bakıya çatdıqdan sonra fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına yola salınacaq. Daha sonra isə yolunu dəmir yolu ilə davam etdirəcək. Bu, qardaş ölkədən dünyanın ən iri iqtisadiyyatlarından biri olan Çinə yola salınan sayca üçüncü ixrac qatarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.