İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars dəmir yolunda rəqabətqabiliyyətli tariflərin müəyyən edilməsi müzakirə olunub

Bakı, 15 dekabr, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri (RİNN) Rəşad Nəbiyev Bakıda keçirilən 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Natiya Turnava ilə görüşüb.

RİNN-dən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Azərbaycan və Gürcüstan üzərindən keçən nəqliyyat dəhlizlərinin potensialının artırılmasının ölkələrimiz arasında yükdaşımaların inkişafına təsiri və beynəlxalq yükdaşımalarında tətbiq olunan tariflər barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi müzakirə edilib. Layihə üzrə aparılan işlərin sürətləndirilməsi, icra edilmiş işlərin mərhələli şəkildə istismara qəbul edilməsi və layihənin idarəetmə strukturunda dəyişikliklərin edilməsi kimi məsələlər müzakirə predmeti olub. Eyni zamanda, iki ölkə arasında Bakı-Tbilisi-Qars dəmir yolu üzrə yükdaşımalarına əlavə yük həcminin cəlb edilməsi və rəqabətqabiliyyətli tariflərin müəyyən edilməsinə dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.