İQTİSADİYYAT
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə heç bir maneə və təhlükə yoxdur
Tbilisi, 15 fevral (AZƏRTAC). Gürcüstanın iqtisadiyyat sabit inkişaf naziri Georgi Kvrikaşvili Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi üçün heç bir maneənin və təhlükənin mövcud olmadığını demişdir.
Nazir bildirmişdir ki, bu tikinti Gürcüstanda sərt iqlim şəraitinə görə müvəqqəti olaraq dayandırılmışdır. Havalar imkan verən kimi işlər yüksək surətlə davam etdiriləcək və cari ilin sonuna qədər Türkiyə sərhədinədək əsas işlər başa çatdırılacaqdır.
Georgi Kvrikaşvili qeyd etmişdir ki, ətraf mühitin mühafizəsi, dəmir yolunun keçdiyi ərazilərdəki həyətyanı torpaq sahələrinin alınması məsələləri üzərində də iş aparılır. Lakin başlıca prioritet BTQ dəmir yolunun nəzərdə tutulan vaxtda istifadəyə verilməsidir.
G.Kvrikaşvili 2013-cü ildə dəmir yolunun Gürcüstan sahəsinin tikintisi üçün 175 milyon dollar ayrıldığını bildirmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]