İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars ilə daşınan konteynerlərin sayı artıb

Bakı-Tbilisi-Qars ilə daşınan konteynerlərin sayı artıb

Bakı, 3 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz çox konteyner daşınıb.

“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, ötən ilin 7 ayı ərzində BTQ ilə ümumilikdə 8348 TEU konteyner təyinat stansiyalarına çatdırılıbsa, bu ilin yanvar-iyun ayları bu rəqəm 13 min 610 TEU olub.

Bu ilin iyul ayı üzrə göstəricilərdə də müsbət dinamika müşahidə olunur. Belə ki, ötən ay 2020-ci ilin iyul ayı ilə müqayisədə BTQ ilə daşınan konteynerlərin sayında 109 faiz artım qeydə alınıb.

Qeyd edək ki, bu ilin 7 ayı ərzində daşınan 13 min 610 TEU konteynerdən 92 faizini tranzit yükdaşımaları təşkil edir.

BTQ dəmiryolu xətti ilə yüklər əsasən Azərbaycandan tranzitlə keçməklə Çin – Türkiyə, Orta Asiya – Türkiyə və əks istiqamətlərdə daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.