İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars sərnişin qatarı gələn il işə düşəcək

Bakı, 29 dekabr, Elvin Camalov, AZƏRTAC

Bakı-Tbilisi-Qars sərnişin qatarı gələn il işə düşəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Stadler Rail Group” şirkətindən sərnişin qatarlarının vaqonları 2019-cu ilin fevral-mart aylarında təhvil alınmalıdı. 10 sərnişin vaqonu təhvil verilən kimi Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin qatarı fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. Bu yolla hazırda yük qatarları fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.