CƏMİYYƏT


“Bakı Telefon Rabitəsi” MMC-yə məxsus rabitə naqilini oğurlayan şəxslər saxlanılıblar

Bakı, 21 yanvar, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə yanvarın 17-də Qala qəsəbəsi ərazisində “Bakı Telefon Rabitəsi” MMC-yə məxsus 230 metr yeraltı rabitə naqilinin kəsilərək oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin və 3-cü polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakinləri Ə.Həsənov, H.Mikayılzadə və T.Süleymanov müəyyənləşdirilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.