ELM VƏ TƏHSİL


Bakı Xoreoqrafiya Akademiyası: 500-dən artıq şagird və tələbə distant təhsildən yararlanıb

Bakı, 8 aprel, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasının tam orta və orta ixtisas təhsil pillələri, bakalavriat və magistratura səviyyələri üzrə martın 11-dən başlanmış onlayn və videodərsləri martın 29-dan daha geniş şəkildə və tədris planına uyğun davam etdirir.

Dərslərin keçirilməsinə və keyfiyyətinə mütəmadi olaraq struktur bölmələrinin rəhbərləri tərəfindən nəzarət edilir və həftə sonu akademiya rəhbərliyinə hesabat verilir.

Bakı Xoreoqrafiya Akademiyasından AZƏRTAC-a bildirilib ki, bu vaxta kimi 200-ə yaxın müəllimin iştirakı ilə mövcud distant təhsildən 500-dən artıq şagird və tələbə yararlanıb.

Akademiyanın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi də real iş vaxtı rejimində onlayn formada işləyir və dərslərin keyfiyyət və çevikliyinin təmin edilməsi məqsədilə yeni üsulların təşviqi və tətbiqi üçün xüsusi layihələrin hazırlanması üzərində çalışır. Onlayn dərslər "Whatsapp" , "Skype" , "Zoom" və "Microsoft Teams" proqramları üzərindən, videodərslər isə akademiyanın rəsmi “YouTube” kanalı və “Facebook” səhifəsindən yayımlanır.

Dərslər bundan sonra da davam etdiriləcək və bədii təhsildə distant formasına innovativliyin təmini nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.