ELM VƏ TƏHSİL
Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 13 oktyabr, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar Elm Xadimi, professor Timurçin Əfəndiyev və akademiyanın bədii rəhbəri Prezident mükafatçısı, Xalq Artisti Kamilla Hüseynova Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəvəti ilə Minsk şəhərində olublar.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Bakı Xoreoqrafiya Akademiyası və Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi professor T.Əfəndiyev və Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Yuri Bondar imzalayıblar.
Sazişə əsasən təcrübə, müəllim və tələbə mübadiləsi, ustad dərsləri, birgə tədbirlərin təşkili və digər sahələr üzrə əməkdaşlıq həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:37]
Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər
- 23.04.2024 [18:17]
“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar
- 23.04.2024 [17:54]
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
- 23.04.2024 [17:44]