ELM VƏ TƏHSİL


Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq əlaqələrini genişləndirir

Bakı, 26 aprel, AZƏRTAC

Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru İrek Zinnurov Bakı Xoreoqrafiya Akademiyasında (BXA) olub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli akademiyanın fəaliyyət istiqamətləri, elmi və akademik kadr potensialı, beynəlxalq əlaqələri, uğurları və əməkdaşlıq imkanları barədə məlumat verib.

Qeyd edilib ki, Rusiya ali təhsil müəssisələri ilə BXA arasında tələbə-müəllim mübadilə proqramları, birgə konfranslar və layihələr həyata keçirmək olar. Görüş əsnasında BXA-nın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi üçün qarşıdan duran planlar və yeni sazişlər haqqında da söhbət açılıb.

İrek Zinnurov BXA ilə Rusiyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq münasibətlərinin daha da inkişafı üçün dəstək göstərəcəyini vurğulayıb. Görüşdə yaxın gələcəkdə görülə biləcək ortaq tədbirlər haqqında da ətraflı fikir mübadiləsi aparılıb.

Sonda rusiyalı qonaqlar akademiyanın kitabxanası, ümumi orta məktəbi, orta ixtisas təhsil pilləsi ilə tanış olub, ixtisas dərslərində iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.