ELM VƏ TƏHSİL


Bakı Xoreoqrafiya Akademiyası ilə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyası arasında əməkdaşlıq əlaqələri genişlənir

Bakı, 17 fevral, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyası (BXA) ilə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyası arasında əməkdaşlığı inkişaf etdirmək üçün müqavilə bağlanılıb. Müqavilə çərçivəsində BXA-nın İncəsənət fakültəsinin tələbələri Sabina Cavadzadə, Ruslan Hacıyev və Magistratura və doktorantura şöbəsinin magistrantı Nigar Şahmuradova 2020-2021-ci tədris ilinin yaz sessiyasında Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasında koronavirus pandemiyası ilə əlaqədar onlayn formatda təcrübə keçirlər.

Bu barədə AZƏRTAC-a Bakı Xoreoqrafiya Akademiyasından məlumat verilib. Bildirilib ki, təcrübə yekunlaşdıqdan sonra tələbələrə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyası tərəfindən sertifikat veriləcək. Müqavilə əsasında mobil əməkdaşlığı davam etdirmək məqsədilə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasının magistratura səviyyəsində təhsil alan Acar Akılbekova mövcud vəziyyətə uyğun olaraq onlayn formatda BXA-da təcrübə keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.