ELM VƏ TƏHSİL


Bakı Xoreoqrafiya Akademiyası vətənpərvərlik prinsiplərinə sadiqdir

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən bir çox elm, təhsil və mədəniyyət ocaqları kimi Bakı Xoreoqrafiya Akademiyası da Vətən müharibəsi zamanı və sonrakı dövrdə ordumuz ilə sıx təmasda olaraq, humanitar, maddi və mənəvi dəstəyini əsirgəməyib. Bu dövrdə ordumuzun şəxsi heyətində həm akademiyanın əməkdaşları, həm də onların övladları təmsil olunub və olunmaqdadır.

Bu barədə AZƏRTAC-a akademiyadan məlumat verilib. Bildirilib ki, Bakı Xoreoqrafiya Akademiyasının əməkdaşı Şahid Əzimovun oğlu Elmar Əzimli Vətən müharibəsinin fəal iştirakçısı kimi müzəffər ordumuzun bayraqdarlarından biri olub. Ukraynanın Xarkov Dövlət Mədəniyyət Akademiyasının məzunu olan E.Əzimov beynəlxalq arenalarda ciddi uğurlara imza atan peşəkar fotomüxbirdir. İyirmi beş milyona yaxın izləyicisi olan “Architecture & Design” jurnalının səhifələrində “Azərbaycandan sevgilərlə” (“With Love from Azerbaijan”) başlığı ilə əl işlərinin paylaşıldığı 26 yaşlı Elmar Əzimli bu günlərdə xarici, xüsusilə də ingilisdilli türk mətbuatının diqqətini cəlb edib. O, mətbuat səhifələrinə, Laçının Azərbaycanın nəzarətinə verilməsini sevinclə qeyd edən bir Azərbaycan əsgəri, böyük qürur hissi ilə Türkiyənin milli bayrağını dalğalandıran qəhrəman kimi düşüb. Onun ən böyük arzularından biri isə Qarabağda özünün fotomüxbir peşəsinə uyğun şah əsərini yaratmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.