ELM VƏ TƏHSİL


Bakı Xoreoqrafiya Akademiyasında elmi seminar: “Simfonik muğamların balet tamaşalarında təcəssümü”

Bakı, 17 may, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyası (BXA) Təhsil Kompleksinin (BXA) baletmeyster sənəti, klassik rəqs və milli rəqs kafedralarının təşkilatçılığı ilə “Simfonik muğamların balet tamaşalarında təcəssümü” mövzusunda elmi seminar keçirilib.

BXA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova muğamın bir çox xalqların milli mənəvi dəyərlərinin və tarixi-mədəni əlaqələrinin qorunub saxlanılmasında, inkişafında müstəsna rolundan danışıb. Qeyd olunub ki, Azərbaycan da bu dəyərli sərvətə dünya səviyyəsində xüsusi qayğı və diqqətlə yanaşır. Əsrlərdir ki, nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda inkişafının ən yüksək mərhələsini yaşayır.

L.Həsənova Üzeyir Hacıbəylinin “Koroğlu”, Müslüm Maqomayevin “Şah İsmayıl” operalarında, eləcə də “Şur”, “Rast”, “Şüştər” muğamlarının balet tamaşalarında təcəssümünün özəlliyini və ahəngliyini də vurğulayaraq bildirib ki, gələcəyimiz olan gənc nəslə bu sərvəti layiqincə çatdırmalıyıq.

BXA-nın konsertmeyteri və pedaqoqu Nigar Mirzəyeva “Muğam-ilahi qüvvənin mənbəyi kimi”, Əməkdar Artist Eteri Cəfərova “Rast”, “Şur”, “Şüştər” muğamları üzərindəki “Səməni”, “Sarı gəlin”, “Uzundərə”, “Tərəkəmə” rəqsləri”, klassik rəqs kafedrasının müdiri, Əməkdar Mədəniyyət İşçisi Mayra Almaszadə “Üzeyir Hacıbəyli “Koroğlu” və Müslüm Maqomayevin “Şah İsmayıl” operalarında muğam təməlləri”, baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova “Fikrət Əmirovun “Şur” simfonik muğamının xoreoqrafik həlli”, BXA-nın baş müəllimi, dissertant Lalə Hüseynli “Niyazinin “Rast” simfonik muğamı. “Rast” baleti”, akademiyanın magistrantı Cəmilə Kərimova “Nazim Əliverdibəyov “Muğam” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.