ELM VƏ TƏHSİL


Bakı Xoreoqrafiya Akademiyasında məşhur bəstəkarların vokal əsərləri təqdim edilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyası (BXA) təhsil kompleksində Akademiyanın 90 illik yubileyi ərəfəsində Qərbi Avropa bəstəkarlarının fortepiano və vokal əsərlərindən ibarət konsert keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, BXA-nın 90 illik yubileyi ərəfəsində keçirilən konsertdə əvvəlcə musiqi fənləri kafedrasının dosenti, respublika müsabiqələri laureatı Nigar Ağayeva (fortepiano) İ.S.Bax və S.Raxmaninov yaradıcılığından iki möhtəşəm ifa təqdim edib. Daha sonra N.Ağayevanın müşayiəti ilə Norveç Opera Teatrının solisti, Beynəlxalq müsabiqələr laureatı, həmyerlimiz Əhməd Mirzəyev (tenor) F.Chopin, M.Ravel, P.Tosti, G.Puccini, G.Donizetti kimi dünyanın məşhur bəstəkarlarının vokal əsərlərini təqdim edib.

Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan konsertdə həmyerlimiz Ə.Mirzəyev Norveç fəaliyyətindən danışıb, Bakı Xoreoqrafiya Akademiyası və konsert barədə təəssüratlarını bölüşüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.