ELM VƏ TƏHSİL


Bakı Xoreoqrafiya Akademiyasında şəhidlərin xatirəsi anılıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.

BXA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə tədris işləri üzrə prorektor, rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadə, xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, təsərrüfat işləri üzrə prorektor, Əməkdar artist Fərid İbrahimov, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, orta ixtisas təhsil pilləsinin direktoru rəqqas-xoreoqraf Tahir Eynullayev, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, Uşaq Birliyinin rəhbəri Xatirə Tahirova, elmi katib Həbibə Məmmədova, akademiyanın tələbə-müəllim və şagird heyəti iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra əllərində Azərbaycan bayrağı və Vətən müharibəsi şəhidlərinin şəkillərini tutan BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin ifasında şeirlər səsləndirilib.

Bildirilib ki, 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalçılarından azad edərək Qələbəyə imza atıb. Azərbaycan Silahlı Qüvvələri düşmənin ordusunu məhv edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

Tədbirin sonunda “Şuşa, sən azadsan!” filmi nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.