ELM VƏ TƏHSİL


Bakı Xoreoqrafiya Akademiyasında seminar: “Biz sağlam həyat tərzini seçirik”

Bakı, 4 dekabr, AZƏRTAC 

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Təhsil Kompleksində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan “Biz sağlam həyat tərzini seçirik” mövzusunda seminar keçirilib.

BXA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə akademiyanın tədris şöbəsinin müdir müavini Mirələskər Aslanov Ümumdünya QİÇS-lə Mübarizə Gününün tarixi, narkomaniyanın ağır sosial-iqtisadi nəticələri və bununla bağlı ölkəmizdə görülən tədbirlər haqqında məlumat verib.

QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova narkomaniya, onun cəmiyyətə gətirdiyi bəlalardan danışıb. D.Mahmudova narkomaniyanın keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olduğunu vurğulayaraq gəncləri sağlamlıqlarını qorumağa, pis vərdişlərdən uzaq olmağa və bu sahədə aparılan maarifləndirmə işlərində yaxından iştirak etməyə səsləyib.

Daha sonra polis mayoru Kəmalə Ələkbərova QİÇS və insan hüquqları, həmçinin həmin xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikası qanunlarının mühüm müddəalarını diqqətə çatdırıb.

BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru Sonaxanım İbrahimova gəncləri sağlam düşüncəyə səsləyərək onları qeyri-sağlam vərdiş və hərəkətlərdən uzaq olmağa çağırıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və “Mayak” filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.