ELM VƏ TƏHSİL


Bakı Xoreoqrafiya Akademiyasında tədbir: Zəfərimiz qürurumuzdur

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsil pilləsinin (kollec) təşkilatçılığı ilə “Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib. Əvvəlcə tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a BXA-dan məlumat verilib. Bildirilib ki, tədbiri BXA kollecinin direktoru Tahir Eynullayev açaraq xalq və ordumuzun bir bayraq, amal uğrunda birləşərək, qazandığı şanlı Qələbə ilə böyük fəxr duyduğunu söyləyib.

Milli Qəhrəman İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva, şəhid Muxtar Qasımlının atası Əli Qasımlı, şəhid Teymur Abbasovun həyat yoldaşı Sonaxanım Abbasova çıxış edərək doğmalarının Vətən uğrunda şəhidlik zirvəsinə ucalmalarından qürur hissi duyduqlarını bildiriblər. Onlar şəhidlərə göstərilən diqqətə görə, BXA-nın kollektivinə təşəkkürlərini bildirib, gənclərimizi Vətənin hər zaman keşiyində durmağa, vətənpərvər olmağa çağırıblar.

Tədbirdə BXA-nın tələbə və müəllimlərinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib, Vətən müharibəsi şəhidlərinə həsr olunmuş esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. Həmçinin 44 günlük Vətən müharibəsində iştirakına görə BXA-nın məzunları Musa Musayev, Orxan Nağıyev, Valeh Mirzəzadə və Sənan Osmanlıya akademiya tərəfindən təşəkkürnamələr verilib.

Qeyd edək ki, tədbirdə tələbə və şagirdlərin əl işlərindən ibarət sərgi, Vətən müharibəsinə həsr edilən videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.