ELM VƏ TƏHSİL


Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinə qəbul başlanıb

Bakı, 21 may, AZƏRTAC 

Bakı Xoreoqrafiya Akademiyasının 2020/2021-ci tədris ili üçün tam orta təhsil pilləsi üzrə Azərbaycan və rus bölmələrinə şagird qəbulu elan edilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tam orta təhsil pilləsində tədris üç istiqamətdə, o cümlədən xoreoqrafiya sənəti (ixtisas və xüsusi fənlər), ümumtəhsil və musiqi fənləri üzrə aparılır.

Müraciət edənlər ərizə formasını www.bxa.edu.az saytının “Elanlar” bölməsindən endirməklə doldurmalı və [email protected] ünvanına göndərməlidirlər.

Qəbul üçün tələb olunan sənədlər:

-tam orta təhsil pilləsi rəhbərinin adına ərizə;

-doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin surəti;

-tibbi vərəqə (sağlamlıq haqqında arayış, kardioloq, oftalmoloq, nevropatoloq və pediatr rəyi);

-ümumtəhsil məktəbinin müvafiq sinfini bitirməsi haqqında qiymət cədvəlinin surəti;

-xüsusi qabiliyyəti olanlara təsdiqedici sənədlərin surəti;

-3x4 ölçülü foto şəkil (3 ədəd);

-yaşayış yerindən arayış;

-valideynlərin iş yerindən arayış;

- I siniflər üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən elektron qeydiyyat (ərizənin surəti).

Mövcud şəraitlə əlaqədar olaraq, ərizəçilərə sənədlərin əyani qəbul vaxtı haqqında məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.