ELM VƏ TƏHSİL


Bakı Xoreoqrafiya Akademiyasının ümumi təhsil pilləsinə elektron sənəd qəbulu davam edir

Bakı, 16 may, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) 2021/2022-ci tədris ili üçün ümumi təhsil pilləsi üzrə Azərbaycan və rus bölmələrinə şagird qəbulu davam edir.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, elektron sənəd qəbulu BXA tərəfindən aparılır. Müraciət edənlər ərizə formasını www.bxa.edu.az saytının “Qəbul” bölməsindən “Qəbul blankını” endirməklə doldurmalı və [email protected] ünvanına göndərməlidirlər. Qəbul üçün tələb olunan sənədlər bunlardır: tam orta təhsil pilləsi rəhbərinin adına ərizə; doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin surəti; tibbi vərəqə (sağlamlıq haqqında arayış, kardioloq, oftalmoloq, nevropatoloq və pediatr rəyi); ümumi təhsil məktəbinin müvafiq sinfini bitirməsi haqqında qiymət cədvəlinin surəti; xüsusi qabiliyyəti olanlara təsdiqedici sənədlərin surəti; 3x4 ölçülü fotoşəkil (3 ədəd); yaşayış yerindən arayış; valideynlərin iş yerindən arayış; I siniflər üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən elektron qeydiyyat (ərizənin surəti).

Mövcud şəraitlə əlaqədar olaraq, ərizəçilərə sənədlərin əyani qəbul vaxtı haqqında məlumat veriləcək. Tələb olunan sənədlər müvafiq qovluqda təqdim olunmalıdır.

Bakı Xoreoqrafiya Akademiyasının ümumi təhsil pilləsinə elektron sənəd qəbulu avqustun 27-də yekunlaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.