ELM VƏ TƏHSİL


Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Azərbaycan İlahiyyat İnstitutunda olub

Bakı, 12 iyul, AZƏRTAC

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Cihan Özdemir Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının ölkəmizdə din təhsili sahəsində atılmış çox önəmli bir addım olaraq dəyərləndirib. O, hər bir dövlətin sosial birliyinin qorunmasında vacib amillərdən birinin yüksək vətəndaşlıq şüuruna malik, sağlam düşüncəli dini kadrların yetişdirilməsi olduğunu bildirib və Azərbaycan İlahiyyat İnstitutuna bu mühüm vəzifəni yerinə yetirməkdə uğurlar arzulayıb.

Rektor Ceyhun Məmmədov Bakı Yunus Əmrə İnstitutu rəhbərliyinin Azərbaycan İlahiyyat İnstitutuna ziyarətinin iki qurum arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb. O, institutun əsas vəzifəsinin Azərbaycanda yüksək dini biliklərə, zəngin dünyagörüşünə malik din xadimlərinin yetişdirilməsi olduğunu qeyd edib. Ceyhun Məmmədov institutda islamşünaslıq və dinşünaslıq sahəsinə aid əsas elmlərin tədrisi ilə yanaşı, tələbələr üçün Şərq incəsənətinin müxtəlif sahələri ilə əlaqəli kurs və dərnəklərin də təşkilinin nəzərdə tutulduğunu və hər iki qurum arasında bu sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.