CƏMİYYƏT


Bakı Zooloji Parkı heyvanları sevən könüllü gənclər axtarır

Bakı, 3 iyun, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidənqurma və bərpa işləri aparılan Bakı Zooloji Parkında çalışacaq könüllülərin toplanılmasına başlanılıb.

IDEA İB-dən AZƏRTAC-a bildiriblər ki, ziyarətçilərin istiqamətləndirilməsi və marşrutlar barədə məlumatlandırılması, yemlərin hazırlanması, bələdçilik, nizam-intizama və təhlükəsizliyə riayət edilməsinə nəzarət, təlimlərin keçirilməsi, tədbirlərin təşkili və s. istiqamətlərdə fəaliyyət göstərəcək könüllülərin xoşrəftar, ünsiyyətcil, operativ, təşəbbüskar, pozitiv və heyvanlara qarşı qayğıkeş olması əsas meyarlar arasındadır.

Könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 18-29 yaşarası gənclər müraciət edə bilər.

Bakı Zooloji Parkında könüllülük fəaliyyətinə qoşulmaq istəyən şəxslər öz CV-lərini iyunun 20-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Əlavə suallar yaranarsa, 012 497 63 16 nömrəsi ilə əlaqə saxlamaq xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.