CƏMİYYƏT


Bakı Zooloji Parkında Heyvanların Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 5 oktyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 4 Oktyabr – Ümumdünya Heyvanların Müdafiəsi Günü ilə əlaqədar Bakı Zooloji Parkında tədbir keçirilib. Tədbir Bakı Zooloji Parkı ilə Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində start verilmiş “Canlı aləmə qayğı göstərək” adlı yeni layihə əsasında baş tutub. Tədbirə 30 nəfər 4-6-cı sinif şagirdləri qoşulub.

Bakı Zooloji Parkından AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilmiş Bakı Zooloji Parkında Azərbaycan və dünyanın unikal fauna nümunələri ilə tanışlıq, təbiətə və canlı aləmə sevgi və qayğı hisslərinin aşılanması, biomüxtəlifliyin qorunması sahəsində məlumatlılığın artırılması, məktəblilərin dünyagörüşünün genişləndirilməsi, onlarda təbiətin gözəlliyi və mükəmməlliyi haqqında aydın təsəvvürün yaradılması, nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi barədə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Layihənin ilkin mərhələsi Bakı şəhəri üzrə “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində yaradılan eko-klub dərnəklərinin fəaliyyət göstərdiyi 40 ümumtəhsil müəssisəsini əhatə edəcək. Proqrama peşəkar ekoloq, zooloq və bioloqlar tərəfindən məktəblilər üçün interaktiv və maarifləndirici məşğələlər, master-klaslar, təqdimatlar və ekskursiyaların keçirilməsi daxildir.

Ətraf mühitin, o cümlədən sayı kəskin azalan növlərin mühafizəsi və çoxaldılması üzrə işlərin həyata keçirilməsi, heyvanların müvafiq tələblərə uyğun saxlanılması üçün şəraitin yaxşılaşdırılmasına yönəlmiş tədqiqat işlərinin aparılması, canlı aləm və biomüxtəlifliyin qorunması sahələrində insanların məlumatlandırılmasını prioritet hesab edən Zooloji Park bu cür fəaliyyətlərin əhəmiyyətini nəzərə alaraq layihə əsasında silsilə tədbirlərin davamlı olaraq həftədə 1 dəfə keçirilməsini nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.