MƏDƏNİYYƏT


“Bakı – 2015” Avropa Oyunlarının açılış mərasimi “Emmi” mükafatına layiq görülüb

Bakı, 3 may, AZƏRTAC

“Bakı -2015” Avropa Oyunlarının açılış mərasimi “Emmi” mükafatına layiq görülüb. Bu barədə AZƏRTAC-a Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçirilib. Oyunlar çərçivəsində Olimpiya idman növləri üzrə 16, qeyri-Olimpiya idman növləri üzrə 4 olmaqla, 20 idman növü üzrə yarışlar keçirilib. Avropa Oyunlarının açılış mərasiminin bədii rəhbəri Dimitris Papaioannudur (Yunanıstan).

S.Məmmədova deyib: “Nyu-Yorkda yerləşən Amerika Televiziya Akademiyası (Academy of Television Arts & Sciences) bu il martın 24-də elan edib ki, “Bakı – 2015” Avropa Oyunlarının açılış mərasiminin namizədliyini altı nominasiya üzrə irəli sürüb. Qaliblər aprelin 29-da Los-Ancelesdə elan edilib. “Bakı – 2015” Avropa Oyunlarının açılış mərasimi iki nominasiyada – işıq rejissoru və ən yaxşı səs “Sound mix” nominasiyalarında “Emmi” mükafatına layiq görülüb.

Qeyd edək ki, “Daytime Emmy Award” Nyu-York və Los-Anceles milli televiziya sənəti və elm akademiyalarının Amerika televiziyalarının gündüz proqramlarının qabaqcıl təcrübəsinin etiraf edilməsi əlaməti olaraq təqdim edilən mükafatdır. “Emmi” mükafatı “Oskar” (kino), “Qremmi” (musiqi) və “Toni” (teatr) mükafatlarının televiziya ekvivalentidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.