İQTİSADİYYAT


Bakı avtovağzalı Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Bakı, 14 avqust, Elvin Camalov, AZƏRTAC

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə iş qrafikində dəyişiklik edib.

Avtovağzaldan AZƏRTAC-a bildirilib ki, avqustun 15-dən 27-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində gün ərzində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Hazırda gün ərzində 400-440 nəqliyyat vasitəsilə təxminən 12 min sərnişin avtovağzaldan yola salınır.

Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada - www.bbak.az saytından 10 gün öncədən əldə edə bilərlər. Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək.

Əlavə sual və təkliflər üçün vətəndaşlar (012) 406-01-58/59 nömrələrinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.