MƏDƏNİYYƏT


Bakı beynəlxalq kitab sərgisində Yunus Əmrə İnstitutu stendlə təmsil olunur

Bakı, 6 oktyabr, AZƏRTAC

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Yunus Əmrə İnstitutu da öz stendi ilə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç ölkəmizdəki fəaliyyətindən danışıb: “Yunus Əmrə İnstitutu Bakıda 2012-ci ildən fəaliyyət göstərir. Ümumən, dünyanın 65 ölkəsində mərkəzlərimiz var. Bununla Türkiyənin mədəniyyətini, ədəbiyyatı hamıya tanıtmağa çalışırıq. Qardaş Azərbaycanın isə bizim üçün xüsusi əhəmiyyəti var. Müxtəlif mədəniyyət və sənət proqramları hazırlayaraq azərbaycanlı alimləri, gəncləri, tələbələri Türkiyə ilə ortaq işlər görməyə dəvət edirik. Həmçinin iki ölkənin birgə hazırladığı işləri də nümayiş etdiririk. VII Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakçılar bu gündən başlayaraq Sinan Yağmur, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Sinan Cahan və Birsen Ekimin günlərinə gəlib ədəbiyyatımızla tanış ola bilərlər”.

Sərginin ilk günü ölkəmizdə daha çox “Eşqin göz yaşları” kitabı ilə məşhurlaşan nasir Sinan Yağmur onu sevənlərlə görüşüb. Yazıçı burada olmağından çox xoşbəxt olduğunu söyləyib: “Bakıda olmaqdan çox xoşbəxtəm. Yunus Əmrə İnstitutunun təşkil etdiyi stendlə tanış olmağa gələnlərə “Yunis Əmrə” kitabımı imzalayaraq hədiyyə edirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.