İDMAN


Bakı buxtasında “Sailing Regatta-2023”ə start verilib

Bakı, 26 may, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Yelkən Federasiyasının, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Baku Sailing Regatta-2023”ə start verilib.

AZƏRTAC xəbər verir ki, 39 yelkənçinin iştirak etdiyi yarışda idmançılar altı sinif (“Optimist”, “Optimist Qızlar”, “Optimist Junior”, “ILCA 4”, “ILCA 6”, “ILCA 7”) üzrə mübarizə aparacaqlar.

Yarışa mayın 28-də yekun vurulacaq. Həmin gün Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar təşkil olunacaq.

Reqata “Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında (Yaxt klub ərazisində) təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.