İQTİSADİYYAT


“Bakı” elektrik stansiyasında bu ilin avqustunda 29,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib

Bakı, 6 oktyabr (AZƏRTAC). Azərenerji” ASC-nin mətbuat xidmətdən AZƏRTAC-a bildirilib ki, “Bakı” elektrik stansiyasında bu ilin avqustunda 29,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Ötən 8 ayda isə bu rəqəm 294,3 milyon kilovat-saatdan artıq göstərilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalı üzrə digər texniki göstəricilərdə də müsbət nailiyyətlər qazanılıb. Son üç ayda stansiyada təmir işləri aparılıb, elektrik avadanlığına baxışlar keçirilib, aqreqatlarda qrafik üzrə texniki xidmət işləri görülüb.

Qeyd edək ki, ümumi gücü 105 MVt olan “Bakı” elektrik stansiyası 12 aqreqatdan ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.