İDMAN


“Bakı” həndbol komandası “Çağırış kuboku” uğrunda yarışda mübarizəyə başlayır

Bakı, 12 oktyabr, AZƏRTAC

Kişi həndbolçulardan ibarət “Bakı” komandası “Çağırış kuboku” uğrunda yarışda iştirak etmək üçün Bosniya və Herseqovinaya yola düşüb.

AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, təmsilçimiz oktyabrın 13-də Bosniya və Herseqovinanın “RK Borak m:tel” komandası ilə görüşəcək. Banja Luka şəhərində yerləşən “Borik” İdman Arenasında keçiriləcək matçın hakimləri ukraynalı Anatoli Novikov və Valeri Rozkov, EHF nümayəndəsi isə bolqarıstanlı Andrey Andreyev olacaq.

Razılaşmaya əsasən, komandalar arasında cavab matçı da oktyabrın 14-də Bosniya və Herseqovinada keçiriləcək. İlk oyunda “Bakı” kollektivi nominal ev sahibi kimi çıxış edəcək. Hər iki qarşılaşma yerli vaxtla saat 19:00-da başlayacaq.

Cütün qalibi üçüncü mərhələdə Bosniya və Herseqovinanın digər təmsilçisi “HC Voqoska Poljine Hills” komandası ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.