İDMAN


“Bakı” həndbol komandasının “Çağırış kuboku” uğrunda yarışlarda keçirəcəyi oyunların vaxtı müəyyənləşib

Bakı, 8 oktyabr, AZƏRTAC 

Azərbaycanın kişilərdən ibarət “Bakı” həndbol komandasının “Çağırış kuboku” uğrunda yarışlarda keçirəcəyi oyunların vaxtı müəyyənləşib.

AZƏRTAC Avropa Həndbol Federasiyasının (EHF) rəsmi saytına istinadla xəbər verir ki, təmsilçimiz oktyabrın 13-də Bosniya və Herseqovinanın “RK Borak m:tel” komandası ilə üz-üzə gələcək. Banja Luka şəhərində yerləşən “Borik” İdman Arenasında keçiriləcək matçı ukraynalı Anatoli Novikov və Valeri Rozkov idarə edəcəklər. Görüşdə hakimlərin idarəçiliyini EHF nümayəndəsi bolqarıstanlı Andrey Andereyev qiymətləndirəcək.

Komandalar arasında cavab matçının oktyabrın 14-də əvvəlcədən razılaşdırıldığı kimi Bosniya və Herseqovinada keçirilməsi nəzərdə tutulub. “Bakı” kollektivi ilk oyunda meydana nominal ev sahibi kimi çıxacaq. Cütün qalibi üçüncü mərhələdə Bosniya və Herseqovinanın digər təmsilçisi “HC Voqoska Poljine Hills” komandası ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.