CƏMİYYƏT


Bakı istintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

Bakı, 11 fevral, AZƏRTAC

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinə əsasən həbs edilmiş Nurlan Cəsarət oğlu İbrahimliyə bibisi qızı Sumqayıt şəhər sakini Hüseynova Günay Tahir qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən “Tulçinka” markalı plastmas yağ qabının içərisində xüsusi üsulla gizlədilmiş daxilində danışıq kartı olan “Samsung” markalı mobil telefon aparatı və bir elektrik qidalandırıcısı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.