MƏDƏNİYYƏT


Bakı kinoteatrları Türkiyəyə qarşı təxribatın qarşısını alıb

Bakı kinoteatrları Türkiyəyə qarşı təxribatın qarşısını alıb

Bakı, 30 noyabr, Məmməd Məmmədli, AZƏRTAC

Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş "Odda - İki bacı" ("Sisters apart") filmini nümayiş etdirməkdən imtina edib.

Anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də kinoteatrlar filmin nümayişini birmənalı şəkildə rədd edib.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərmin Həsənova AZƏRTAC-a müsahibəsində kinoteatrda göstərilən filmlərin əvvəlcədən Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunduğunu söyləyib: “Bakı Beynəlxalq Film Festivalı çərçivəsində bizə Aİ- tərəfindən siyahı üzrə 4 film təqdim olunmuşdu. "Odda - İki bacı" filmi isə siyahıya daxil edilməmişdi. Onlar filmi son anda bizə təqdim edərək ekran əsərinin ideyasını gözdən qaçıracağımızı zənn etdilər. Ancaq biz “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan filmlərin öncədən daxili nümayişini həyata keçiririk, qaranlıq qalan məqamlarla bağlı Mədəniyyət Nazirliyinə məlumat veririk”.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, filmin Bakıda nümayişi ləğv olunub.

Xatırladaq ki, Almaniyanın ölkəmizdəki səfirliyi sosial şəbəkələrdə filmin "Landmark"da nümayiş etdirmək niyyətində olduğunu bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.