İDMAN


Bakı küçələrində “Avro-2020” həyəcanı

Bakı, 11 iyun, AZƏRTAC

Avropada futbol bayramının başlanmasına saatlar qalıb. Bu həyəcan Avropanın 10 şəhəri ilə yanaşı, Bakıda da hiss olunmaqdadır. İyirmi dörd komandanın 6 qrupda mübarizə aparacağı Avropa çempionatının A qrupunun 3 və dörddəbir final mərhələsinin 1 matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək. Futbol üzrə Avropa çempionatına Bakı vaxtı ilə saat 23:00-da Romadakı “Olimpiko” stadionunda başlayacaq Türkiyə-İtaliya oyunu ilə start veriləcək.

AZƏRTAC xəbər verir ki, bakılılar və şəhərimizin qonaqları “Avro-2020”nin bir parçasına çevriliblər. Paytaxtın görməli və gəzməli yerləri Bakı Olimpiya Stadionunda mübarizə aparacaq Türkiyə, Uels və İsveçrə yığmalarının atributları və çempionatın loqotipləri ilə bəzədilib. Bakının mərkəzi – Nizami küçəsinə yolu düşən paytaxt sakinləri 3 ölkənin futbol atributları ilə şəkillər çəkdirir, ecazkar mənzərədən zövq almağa çalışırlar.

Paytaxtın digər yerlərində də “Avro-2020”nin həyəcanını hiss etmək üçün gözəl şərait yaradılıb.

XVI Avropa çempionatının oyunlarına Bakı (“Olimpiya Stadionu”), Sankt-Peterburq (“Sankt-Peterburq Arena”), London (“Uembli”), Münhen (“Münhen Arena”), Roma (“Olimpiko”), Buxarest (“Nasyonal Arena”), Kopenhagen (“Parken”), Amsterdam (“Yoxan Kroyff”), Sevilya (“La-Kartuxa”), Qlazqo (“Hampden Park”), Budapeşt (“Puşkaş Arena”) şəhərləri ev sahibliyi edəcək.

Turnirin 2020-ci il iyunun 12-dən iyulun 13-dək keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası səbəbindən çempionatın 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.

Bakı Olimpiya Stadionu A qrupunun üç görüşünə və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. İyunun 12-də Uels-İsveçrə, 16-da Türkiyə-Uels, 20-də İsveçrə-Türkiyə qarşılaşmaları Bakıda oynanılacaq. Dörddəbir final mərhələsinin qarşılaşması isə Bakıda iyulun 3-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.