ELM VƏ TƏHSİL


Bakı məktəbləri üzrə məzunların 566 nəfəri 600-dən yuxarı bal toplayıb

Bakı, 30 iyun, AZƏRTAC

2021-ci ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini 20 min 157 şagird bitirib və onların 20 min 82 nəfəri buraxılış imtahanında iştirak edib. Attestat alanların 15 min 664 nəfəri I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 11 min 935 nəfəri isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.

Qəbul imtahanlarının nəticələrinə əsasən, 10 min 73 məzun tələbə adını qazanıb. Onların 5926-sı dövlət, 270 nəfəri özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 2932-si dövlət, 945 nəfəri isə özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul olub.

AZƏRTAC xəbər verir ki, bu məlumat 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik hesabatında yer alıb.

Hesabatda bildirilir ki, qəbul imtahanlarında məzunların 2054-ü 500-dən, habelə 566 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub.

Qəbul imtahanlarında 306 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

Respublika üzrə yaxşı məktəblərin sırasına bu il şəhərin 17, 95, 129, 159, 247, 283, 313 saylı tam orta məktəbləri, 62, 83, 220, 261, 264 saylı məktəb-liseyləri, 287 saylı “Zəkalar” liseyi, 291 saylı Ekologiya liseyi, Texniki humanitar lisey, 160 saylı klassik gimnaziya və 147 saylı texniki-humanitar təmayüllü lisey daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.