ELM VƏ TƏHSİL


Bakı məktəblərində Milli Musiqi Günü silsilə tədbirlərlə qeyd olunub

Bakı, 19 sentyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində Milli Musiqi Günü silsilə tədbirlərlə qeyd olunub.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə Azərbaycan musiqisinin tarixi, Milli Musiqi Günü, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında geniş məlumat vermək, onların musiqiyə olan marağını daha da artırmaqdan ibarətdir.

Məktəblərdə Milli Musiqi Gününə həsr edilmiş tədbirlər musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirlərdə milli musiqimizin dərin köklərə söykəndiyi, Üzeyir Hacıbəylinin Azərbaycan musiqinin inkişafında əvəzsiz rol oynadığı, 1995-ci ildə ulu öndər Heydər Əliyevin dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində sentyabrın 18-nin Milli Musiqi Günü kimi qeyd edilməsinə dair Fərman verməsi və bununla əlaqədar hər il ölkəmizdə təntənəli mərasimlərin keçirildiyi diqqətə çatdırılıb. Həmçinin Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən fraqmentlər nümayiş olunub, bəstəkarın əsərlərindən ibarət musiqi parçaları dinlənilib.

Tədbirlərdə məktəblilər rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.