ELM VƏ TƏHSİL


Bakı məktəblərində “Son zəng” çalınıb

Bakı, 14 iyun, AZƏRTAC 

İyunun 14-də paytaxtın ümumtəhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

Tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri, eləcə də sabiq məzunlar iştirak ediblər.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.

Məktəb həyatı ilə vidalaşan məzunlar birincilərə hədiyyələr təqdim ediblər.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər fəxri fərman və medallarla təltif olunublar.

“Son zəng” tədbirləri məktəblərin daxilində keçirilib və müvafiq müddətdə başa çatıb.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərində 28125 nəfər IX sinfi, 19192 nəfər isə XI sinfi bitirib. Paytaxtda 46849 şagird birinci sinfi, 638 şagird isə XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vurub. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 322 nəfər bitirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.